Bu günə qədər 42 şəhərin Baş Planı yenilənib - Samir Nuriyev 

13:48 02.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Respublikada 2005-ci ildən bu günə qədər 42 şəhərin Baş Planı yenilənib.

Hafta.az-ın məlumatına görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev deyib.

Komitə sədri bunun Azərbaycan hökumətinin hazırladığı tədbirlər planına əsasən yeniləndiyini bildirib.

S.Nuriyev əlavə edib ki, 42 şəhərin 7-nin Baş Planı artıq təsdiqlənib. Növbəti 2 ildə daha 9 şəhərin Baş Planının hazırlanmasına başlanılacaq.